Transplantasiya etdiyi qaraciyərləri “damğaladı” - Öz imzası ilə - FOTO

13 Yanvar 2022 16:18

İngiltərədə transplantoloq cərrah xəstələrinin qaraciyərlərini öz inisialı ilə "damğalayıb".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bildirilir ki, Saymon Bramhall arqon lazerindən istifadə edərək iki xəstəsinin daxili orqanına hündürlüyü təxminən dörd santimetr olan baş hərflərini çap edib. Bu, başqa həkimin keçirdiyi əməliyyat zamanı aşkarlanıb.

Medical Practitioners Tribunal Service (MPTS - tibbi praktika ilə məşğul olan həkimlərin tribunalı) onun hərəkətlərini peşəkar təkəbbür kimi səciyyələndirib.

Bildirilir ki, xəstələrdən biri əhəmiyyətli fiziki zərər almasa da, emosional zərər görüb.

Bramhall tibbi reyestrdən çıxarılıb, bununla əlaqədar ona tibbi fəaliyyətlə məşğul olmaq qadağan edilib.

Milli.Az