“Alişan mənimlə də evlənə bilərmiş”

13 Yanvar 2022 09:30

Bir neçə gündür ki, Türkiyə mediasında müğənni Alişanın "Buse öpüşmə səhnəsinə çəkilsəydi, onunla evlənməzdim" açıqlaması müzakirə olunur.

Milli.Az olay-a istinadən xəbər verir ki, aktyor Yunus Günçe də mövzuya münasibət bildirib. O, Tvitter hesabında bununla bağlı status yazıb və müğənnini ələ salıb:

"Mən də bu günə qədər seriallarda öpüşməmişəm. Alişan mənimlə də evlənə bilərmiş".

Milli.Az