“Allaha üsyan edirəm ki, məni də öldür” - Xatunun atası - VİDEO

13 Yanvar 2022 13:54

ARB-də yayımlanan  "O üz" proqramının növbəti buraxılışı müğənni Xatun Əliyevanın mərhum qardaşı stilist Balaşa həsr olunub.

Milli.Az olay-a istinadən xəbər verir ki, onun atası Aydın Əliyev də proqrama danışıb. O, deyib ki, Balaş  daim yaxınlarına, insanlara sevgi, diqqət göstərirdi:

"Elə bil dünyaya bunun üçün gəlmişdi. Lakin vaxtsız gedişi... Onun gözəl işləri ola bilrədi. İki qızı var. Xüsusilə də qız övladlarına ata nəvazişi mütləqdir. Canımdan can getdi.  Mənim üçün çox ağır və çətindir. Hərdən üsyan edirəm ki, Allah, məni də öldür, oğlumun ilində yanında olum. Ata övladını böyüdəndə dəfələrlə çiyninə alır, qucağında atıb-tutur.  Oğul isə atasını cəmi bir dəfə çiyninə qoyub, qəbir evinə yola salır. Bu mənə qismət olmadı.  Əksinə oğlum çiynimdə getdi. On aydır ki, oğlumu itirmişəm, bu dövrdə nələr çəkdiyimi bir Allah, bir də mən bilirəm. Allah heç kimə bala dərdi göstərməsin.  Mən başqa otaqda idim, burdan digərinə keçəndə Balaş məni gördü, baxdı və dünyasını dəyişdi. Həmin vaxt yerə çökdüm. Gec-tez onun yanına gedəcəm. Orada qovuşarıq. Sağlığında deyə bilmədiklərimi, orada söyləyəcəm".

Milli.Az