Lalə Kayahanın keçmiş xanımı ilə - FOTO

13 Yanvar 2022 09:06

Əməkdar artist Lalə Məmmədova TRT Müzik kanalında qonaq olub.

Milli.Az olay-a istinadən xəbər verir ki, o mərhum müğənni Kayahanın keçmiş xanımı İpek Açarın aparıcısı olduğu "İpek yolu" verilişində yer alıb. İki ifaçı birlikdə Azərbaycan və Türkiyə mahnıları səsləndirib.

Proqramdan görüntüləri səhifəsində paylaşan Məmmədova qonaq olduğu buraxılışın sabah efirə gedəcəyini söyləyib.

Milli.Az