Abşeronda gənc qız dəm qazından zəhərlənib

13 Yanvar 2022 08:44

Abşeron rayonunda 27 yaşlı gənc qız dəm qazından zəhərlənib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Xırdalan şəhəri "Quşçuluq" massivində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Namazova Nigar yaşadiğı evdə dəm qazından zəhərlənib.

N.Namazova təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Fakt araşdırılır.

Milli.Az