İğtişaşlardan sonra Almatı aeroportuna ilk mülki təyyarə enib

13 Yanvar 2022 08:28

Qazaxıstanın Almatı aeroportuna iğtişaşlardan sonra ilk mülki təyyarə enib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Nursultan aeroportundan qalxan "Qazaq Air" şirkətinə məxsus sərnişin təyyarəsi Almatıya enib.

Gün ərzində daha bir neçə reys planlaşdırılıb. Qazaxıstanın Mülki Aviasiya Komitəsi də aeroportun yanvarın 13-də açılacağını elan etmişdi.

Milli.Az