ATƏT-in daimi şurasının növbədənkənar iclası keçiriləcək

13 Yanvar 2022 08:18

Vyanada ATƏT-in daimi şurasının növbədənkənar iclası keçiriləcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, iclasda Polşanın xarici işlər naziri Zbiqnev Rau ölkəsinin təşkilata 2022-ci ildəki rəhbərlik proqramını açıqlayacaq.

Bundan əlavə, iclasa Avropada təhlükəsizlik və digər məsələlərin müzakirə olunacağı gözlənilir. Tədbirdə ATƏT-ə üzv olan ölkələrin diplomatları iştirak edəcək.

Milli.Az