Azneft dairəsində Mercedes qəza törətdi - FOTO

13 Yanvar 2022 08:08

Bakının Səbail rayonunda yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Azneft dairəsində qeydə alınıb.

"Mercedes" markalı yük avtomobilinin sürücüsü idarə etdiyi nəqliyyat vasitəsi ilə dairədə hərəkətdə olan zaman "Chevrolet" markalı avtomobilə çırpılıb.
Qəza nəticəsində hər iki avtomobilə ziyan dəyib.

Milli.Az