ABŞ-da koronavirusa yoluxan uşaqların sayı artıb

13 Yanvar 2022 08:43

ABŞ-da COVİD-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilən uşaqların sayı artıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "CNN" Xəstəliklərə nəzarət və profilaktika mərkəzlərinə istinadən məlumat yayıb.

Ötən ilin sonuncu həftəsində xəstəxanaya yerləşdirilən 5 yaşadək uşaqların sayı əvvəlki həftə ilə müqayisədə 48% çox olub. Pandemiya başlayandan 82 minə yaxın uşaq COVİD-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ekspertlərin fikrincə, yeni yoluxmaların əksəriyyəti "Omikron" ştamının sürətlə yayılması ilə əlaqədardır.

Milli.Az