Dadaşov "Tondela"nı yarımfinala yüksəltdi - 96-cı dəqiqə qolu ilə

13 Yanvar 2022 08:33

Portuqaliya kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi"Tondela" səfərdə "Rio Ave" ilə qarşılaşıb.

Görüşün əsas vaxtı qolsuz başa çatıb. Buna görə də əlavə vaxta ehtiyac yaranıb. 95-ci dəqiqədə meydana daxil olan Dadaşov cəmi bir dəqiqə sonra komandasının çox vacib qolunu vurub. Bu qol oyunda yeganə olub və "Tondela" yarımfinala vəsiqə qazanıb.

Milli.Az