Çavuşoğlu Çinli həmkarı ilə görüşüb

13 Yanvar 2022 07:25

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Çinin XİN rəhəri Vanq İ arasında görüş keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, görüş zamanı tərəflər ikitərəfli əlaqələri və iqtisadi əməkdaşlığın perspektivləri müzakirə ediblər.

Türkiyə diplomatiyasının rəhbəri gündəmdəki aktual məsələlər, o cümlədən Çindəki uyğurların vəziyyəti ilə bağlı Ankaranın gözləntilərini qarşı tərəfin diqqətinə çatdırıb.

Milli.Az