Minik maşını "Shacman"a çırpılıb, xəsarət alanlar var

12 Yanvar 2022 22:35

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili "Shacman" markalı yük maşınına arxadan çırpılıb. Qəza zamanı minik maşınında olan iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Milli.Az