Ölkə başçısı: Qeyri-neft iqtisadiyyatımız 7,2 faiz artıb

12 Yanvar 2022 19:14

Bu yaxınlarda ilin yekunları artıq mənə təqdim edildi. Qeyri-neft iqtisadiyyatımız 7,2 faiz artıb. Nəticələr gözlənilən kimidir. İqtisadi artım 5%-dən çoxdur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, bu, çox gözəl göstəricidir: "Bu onu göstərir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı bizim bütün planlarımız həyatda öz əksini tapır".

Sənaye istehsalına gəldikdə, həm ümumi sənaye istehsalımız 5 faizdən çox artıb, həm də qeyri-neft sənayemiz 20 faizə yaxın artıb. Hesab edirəm ki, bu, dünya miqyasında bəlkə də ən yüksək göstəricidir. Çünki biz neft amilini kənara qoysaq, real iqtisadi və sənaye artımı məhz bu rəqəmdə özünü əks etdirir".

Milli.Az