Azərbaycanda icra nümayəndəsinin asılmış meyiti tapıldı

12 Yanvar 2022 18:32

Tovuzda intihar hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, rayonun Göyəbaxan kəndinin icra nümayəndəsi, 1970-ci il təvəllüdlü Barat Məhərrəmov yaşadığı evdə özünü asıb. Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az