Şamaxının meri hər kəsi heyrətə saldı - VİDEO

15 Yanvar 2022 22:41

Şamaxı şəhərinin meri Asif Şirəliyev şəhərdən zibil tullantılarını yığarkən görüntülənib.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, A.Şirəliyev Şamaxı şəhəri ərazisində təkbaşına iməcliklə məşğul olaraq ətrafdakı zibil tullantılarını toplayıb.

Şəhər merinin bu davranışı sakinlərin marağına səbəb olub və görüntüləri lentə alıblar.

Qeyd edək ki, Asif Şirəliyev eyni zamanda Azərbaycanın güləş kateqoriyalı hakimidir.

Milli.Az