Bu ölkə COVID-19-a qarşı tədbirləri sərtləşdirir

12 Yanvar 2022 22:04

Xorvatiya Milli Mülki Müdafiə Qərargahı koronavirusa yoluxma hallarının artması ilə əlaqədar məhdudlaşdırıcı tədbirləri sərtləşdirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, son həftələrdə Xorvatiyada yoluxma hallarının sayı iki dəfə artıb. Açıq məkanda 50-dən çox vətəndaşın (əvvəllər 100-ə qədər idi) iştirakı ilə kütləvi toplantılar və tədbirlər keçirmək qadağandır. Regional böhran qərargahının icazəsi ilə COVID sertifikatlarının olması şərtilə görüşlərdə 200-ə qədər insan iştirak edə bilər. Qapalı tədbirlər COVID sertifikatları və yerli qərargahın icazəsi ilə 50 nəfər əvəzinə 25 iştirakçı ilə məhdudlaşır. İdman tədbirlərində icazə verilən tamaşaçı sayı oturacaqların 40 faizdən 20 faizə endirilib. COVID sertifikatından asılı olmayaraq bütün rəsmi və mədəni tədbirlərdə maska taxmaq məcburidir.

Milli.Az