Novruz Qartalın nəşi niyə qızının evindən çıxıb?

12 Yanvar 2022 19:36

"Novruz Qartalın nəşi özü kirayədə qaldığı evdən yox, qızı kirayədə qaldığı evdən çıxıb. Səbəb?".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktyor Kamran Ağabalayev bildirib. O qeyd edib ki, buna səbəb onun kirayədə qaldığı evin sahibi olub:

"Ev yiyəsi evində meyid istəməyib. Anladıq. Siz mənə başqa şeyi başa salın, kimə və necə yaltaqlanmaq lazımdır ki, aktyoru adam yerinə sayan olsun... Meyidi öz evindən çıxsın, marketə borcu olmasın, həftədə bir dəfə müşahidə üçün restoranda otura bilsin. Kimlərə yaltaqlanmaq lazımdır?".

Qeyd edək ki, Novruz Qartal xərçəngdən əziyyət çəkirdi. O, əməliyyat olunmuş, daha sonra xəstəxanadan evə buraxılmışdı. Aktyor yanvarın 8-də dünyasını dəyişib.

Milli.Az