Məşhur filmin çəkildiyi ev 980 min dollara satıldı

12 Yanvar 2022 16:18

Rejissoru Ues Kreyvenin olduğu "Nightmare On Elm Street" layihəsinin çəkildiyi ev 2 milyon 980 min dollara satılıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, 1919-cu ildə holland müstəmləkə üslubunda tikilmiş mənzil illər ərzində təmir edilərək müasir hala gətirilib. 

Mənzil satışa çıxarılarkən 3 milyon 250 min dollar istənilib. Amma kimliyi məlum olmayan yeni sahibi qoyulan məbləğdən bir qədər aşağı qiymətə alıb.

Qeyd edək ki, qorxu janrında çəkilən ekran işi çox mühüm uğur qazanıb və ABŞ-da 25,5 milyon dollar gəlir əldə edib. 

Filmdə sözügedən ev ssenariyə görə, Ohayo ştatının Springwood şəhərindəki Elm küçəsində yerləşdiyi təqdim edilib.  Lakin satılan bu mənzilin əsl ünvanı Los-Ancelesdə Şimali Genesee prospektindədir. 

Milli.Az