Britaniya səfiri Qarabağ atlarından yazdı

12 Yanvar 2022 14:06

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceym Şarp Qarabağ atlarından yazıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, səfir "Twitter" səhifəsində bildirib:

"Bu il Kraliça II Yelizavetanın taxtda olmasının 70 illiyini qeyd edir. Kraliçanın atlara olan sevgisi hamıya məlumdur. Ona verilən hədiyyələr arasında 1956-cı ildə Zaman adlı məşhur Qarabağ atı da var. Qarabağ atları dəfələrlə Kral Vindzor At Şousunda çıxış ediblər".

Milli.Az