Ata 2 aylıq körpəsini soyuducuda saxladı - İfadəsi dəhşətə gətirir

13 Yanvar 2022 05:22

Yaponiyada 2 aylıq körpəsini soyuducuya qoymaqla hər kəsi şoka salan ata saxlanılıb.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, hadisənin üzə çıxmasından sonra həbs edilən şəxs etirafı ilə hər kəsi şoka salıb. Uşağa qarşı hər hansı zorakılıq niyyətinin olmadığını, oğlu ilə sadəcə oynadığını bildirib. 42 yaşlı Tatsuji Nisioka ötən il aprelin 15-dən 16-a kimi ailəsi ilə birlikdə bölgədəki oteldə qalıb. Uşağını xəstəxanaya aparanda körpənin sol bud sümüyü və qabırğasının qırıldığını görən səhiyyə işçiləri hadisəni polisə bildirib. Bundan sonra şübhəlinin evində aparılan axtarış şok nəticə ortaya qoyub. Körpənin dondurucuda kilidləndiyi anın foto və video görüntüləri üzə çıxıb.

Anar Əli
Milli.Az