Məşhur qrupun adına buraxılan markalar satışa çıxarılacaq

12 Yanvar 2022 22:15

Böyük Britaniyanın Royal poçtu məşhur rok qrupu "The Rolling Stones"a həsr olunmuş 12 yeni marka seriyası buraxacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, markalar yanvarın 20-də satışa çıxarılacaq.

Qeyd edək ki, Böyük Britaniyanın "Royal Poçtu" dördüncü dəfədir ki, qrupa marka həsr edir.

Bundan əvvəl "The Beatles" (2007), "Pink Floyd" (2016) və "Queen" (2020) bu şərəfə layiq görülüb.

Milli.Az