Samirə susqunluğunu pozdu: “Şou üçün yaranmamışam”

12 Yanvar 2022 15:18

Bir zamanların ən gözəl səsi və müasir janrın ən yaxşı nümayəndəsi olan müğənni Samirə Əli-Məryəm (Allahverdi) uzun zamandır niyə görünmədiyinin səbəbini açıqlayıb.

ARB-yə danışan müğənni Azərbaycanda yaşadığını və hər şeyin yaxşı olduğunu qeyd edib.

Samirə şou üçün yaranmadığını, sənət anlayışının artıq dəyişdiyini və əvvəlki kimi olmadığını deyib:

"Şou məni dəyişmədi. Mən müəllimlərimə, musiqini sevən insanlara vəfalı qalmışam", - deyə müğənni bildirib.

Samirə sonda 2022-ci ildə yeni mahnılar yazdıracağını, həmin mahnılarla dinləyicilərin qarşısına çıxacağını qeyd edib.

Milli.Az