Piyadanı öldürüb qaçan sürücü saxlanıldı

12 Yanvar 2022 12:50

Yanvarın 10-da saat 18 radələrində Nərimanov rayonunun "Baksol" yolunda müəyyən edilməmiş avtomobillə yolu keçən Lənkəran rayon sakini Fəzail İbrahimov vurulub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin "Daf" markalı avtomobillə törədilməsi müəyyən edilib.

Yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin avtomobilin sürücüsü, Şəki rayon sakini R.Məmmədov saxlanılıb.

Milli.Az