Mixail Zelenski 46 yaşında öldü

12 Yanvar 2022 14:18

Rusiyalı jurnalist və teleaparıcı Mixail Zelenski 46 yaşında dünyasını dəyişib.

Milli.Az Olay-a istinadən xəbər verir ki, iddiaya görə, Zelenski xanımı ilə Dominikan Respublikasında istirahətdə olub.

Aparıcı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, həkimlər onu xilas edə bilməyiblər.

İlkin məlumatlara görə, ölümün səbəbi insultdur.

Milli.Az