Koronavirus marketləri boşaltdı - FOTO

12 Yanvar 2022 12:10

COVİD-19 koronavirusunun yeni ştammı olan Omicronun Avstraliyada sürətlə yayılması ölkədəki supermarketlərdə ərzaq məhsulları qıtlığı yaradıb.

Milli.Az ABC-yə istinadən bildirir ki, yeni ştama yoluxanların sürətlə artması səbəbindən növbəti məhdudiyyətlər və qapatmaların olacağını düşünən avstraliyalılar ərzaq tədarükü görürlər.

Avstraliyada bir sıra gündəlik tələbat malları və ərzaq məhsullarının satışı məhdudlaşdırılıb.

ABŞ-da da eyni mənzərədir. Birləşmiş Ştatlarda dünyada koronavirus pandemiyası başlayandan bəri rekord sayda - 1,35 milyon nəfər - yoluxma qeydə alınıb.

Missuri, Kaliforniya, Virciniya, Texas və digər ştatlarda ərzaq qıtlığı müşahidə olunur. Konqresmen Kevin Makkartinin dediyinə görə, hətta Alyaska ştatında da marketlər boşdur.

Milli.Az