Omikron 3 gün ərzində simptomlarını göstərir

12 Yanvar 2022 23:36

"Omikron"un inkubasiya müddəti indiki məlumatlarımızdan daha qısadır. Uhan variantında bu müddət 5 gün olduğu halda, "delta" variantında 4 gün, "omikron"da isə 3 gün kimi görünür.

Milli.Az xəbər verir ki, bunu Qazi Universiteti Tibb fakültəsinin dekanı, professor Mustafa Necmi İlhan deyib.

O bildirib ki, "omikron" digər variantlara nisbətdə daha geniş yayılır və insanlar daha tez xəstələnir: "Çox qısa müddətdə xəstəliyə səbəb olur. Vətəndaşlar düşünməsinlər ki, "təmasım oldu, amma üzərindən 5 gün keçib və xəstə olmaya bilərəm". Çünki "omikron" variantı indi adi görünür. Lakin "delta" variantı artıq bütün dünyada mövcuddur. Ona görə də qorunmaq və peyvənd olunmaq lazımdır". /medicina.az

Milli.Az