Qaz sayğacları gec sıfırlanan abonentlərə vacib xəbər - yeni limitə... - VİDEO

12 Yanvar 2022 14:12

Hər il  yanvarın 1-dən mexaniki qaz sayğaclarında limitin sıfırlanması prosesi başlayır və ənənəvi olaraq bu hal ayın 10-una kimi davam edir. Sıfırlanma hər kəsdə eyni gündə olmadığından abonentlər tərəfindən narahtlığa səbəb olur. Çünki bəzi istehlakçılar illik təbii qazın limitini ötsələr də, yeni tarifə bir neçə gün sonra qoşulurlar.

İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, bayram günləri ilə əlaqədar sayğacların sıfırlanması prosesinin gecikməsi istehlakçıların yeni limitlərdən istifadə hüququ məhdudlaşdırır.

Ekspert bildirir ki, istehlaçkı hüquqalarının pozulmaması üçün bir sıra mexanizm ortaya qoyulmalıdır.

Məsələ ilə bağlı Azəriqaz İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev bildirdi ki, Bakı şəhəri və Abşeron yarımadası üzrə 2021-ci ilin noyabr ayının göstəriciləri 1-10 dekabr aralığında oxunduğu üçün, ilin son ayının hesablamaları növbəti ilin ilk 10 günündə aparılır. Qurum rəsmisinin sözlərinə görə, əgər sayğaclar dekabrın 31-ə kimi sıfırlanarsa, bu, bir aylıq deyil, 20-25 günlük sərfiyyat olacaq. Yəni istehlakçılar yeni limitə daha tez keçmiş olacaqlar. Növbəti ildən isə mexaniki sayğacların yanvarın birindən sıfırlanacağı gözlənilir.

Milli.Az xəzərxəbər-in hazırladığı sujeti təqdim edir:

Milli.Az