Ahmet Kurala hökm oxundu

12 Yanvar 2022 12:36

Türkiyəli müğənni Sıla Gəncoğluna zorakılıq etdiyi iddia olunan aktyor Ahmet Kuralın məhkəmə prosesi sona çatıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "təhqir, hədə-qorxu və qəsdən xəsarət yetirmə" maddələri ilə ittiham olunan aktyor Ahmet Kurala 1 il 4 ay azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Aktyor qərara etiraz etsə də, hakim tərəfindən rədd olunub.

Sılanın vəkili isə açıqlamasında deyib: "Ədalət gec də olsa yerini tapdığı üçün çox xoşbəxtik".

Milli.Az