"Öpüşməyin" - Dr. Vasif İsmayıldan omikronla bağlı tövsiyyə - VİDEO

12 Yanvar 2022 17:30

Artıq demək olar ki, bütün dünyada yayılan və ölkəmizdə də qeydə alınan koronavirusun omikron ştamı bəzi insanlarda qorxu yaratmaqdadır.

Milli.Az xəbər verir ki, qaynar tv məsələ ilə bağlı şəhər sakinlərinin və mütəxəssislərin mövzu ilə bağlı fikirlərini alıb.

Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl ölkəmizdəki səhiyyə sisteminin bu an üçün vəziyyətə hazır olduğunu, ancaq yoluxmuş aktiv xəstə sayının 50-60 minin üzərində olarsa,  fəlakətlə üzləşə biləcəyimizi bildirdi.

Müsahib omikron ştamından qorunma yolları ilə bağlı da məsləhətlərini verib.
Mövzu ilə bağlı video materialı təqdim edirik:

Milli.Az