Qeyri-adi oğurluq - İntim əşyalar mağazası qarət edildi - VİDEO

12 Yanvar 2022 15:06

Moskvaətrafı Voskresensk şəhərində intim mallar mağazası qarət edilib.

Milli.Az xəbər verir ki, bu barədə "MN Daxili İşlər Media" yazıb. Axşam saatlarında mağazaya girən şəxs kassirdən pulu verməsini tələb edib. Kişi satıcını bıçaqla hədələyərək bütün gəliri ona verməsini istəyib. Satıcı müqavimət göstərsə də, təcavüzkar pulu oğurlaya bilib. Polis cinayətkarı müşahidə kameraları sayəsində saxlaya bilib. Faktla bağlı "Soyğunçuluq" maddəsi ilə cinayət işi başlanıb.

Anar Əli
Milli.Az