Salma Hayekdən yaşına meydan oxuyan bikinili FOTOlar

12 Yanvar 2022 14:54

Meksika əsilli amerikalı aktrisa Salma Hayek çimərlik fotolarını paylaşmaqla pərəstişkarlarını sevindirib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, müvafiq görüntülər onun İnstaqram səhifəsində yayılıb. Milyonlarca bəyənmə toplayan paylaşıma Hayek "Soyuq suda çimməyin əzab və həzzi" yazıb.

Pərəstişkarları aktrisanın bədən formasını yüksək qiymətləndirib və şərhlərdə təriflər yazmağa başlayıblar. "Seksual çimərlik paltarı!", "təbii forma", "o, sadəcə inanılmaz görünür"- şərhləri yazılıb.

Anar Əli
Milli.Az