Biləsuvarda ev yanıb

15 Yanvar 2022 21:52

Biləsuvar rayonu, Zəhmətabad kəndində ümumi sahəsi 110 m² olan birmərtəbəli evin tavanı 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az