Bakıda 18 yaşlı qız dəm qazından zəhərləndi

12 Yanvar 2022 18:18

Bakıda 18 yaşlı gənc qız dəm qazından zəhərlənib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Binə qəsəbəsində 2004-cü il təvəllüdlü Əsgərova Könül İbadulla qızı yaşadığı evdə dəm qazından zəhərlənib. O, xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az