"Bütün nəğmələrimi sənin şərəfinə oxumuşam" - Eltondan sevgi etirafı

12 Yanvar 2022 09:06

Əməkdar atist Elton Hüseynəliyev xanımı Tamilla Hüseynəliyeva ilə fotosunu paylaşıb.

Milli.Az olay-a istinadən xəbər verir ki,müğənni xanımının doğum günü olduğunu bildirib və onu bu sözlərlə təbrik edib:

""Sən olmasan axı neylərəm, xəyalını ümid eylərəm" "Dənizin nəğməsi" mahnısındakı bu sözləri və bütün nəğmələrimi sənin şərəfinə oxumuşam. Ad günün mübarək olsun, əzizim. Allah bizə əbədi bir yerdə olmağı nəsib etsin. Nə yaxşı ki qismətimdə və həyatımdasan. Bu dünyaya bir də gəlsəm, yenə səni sevərdim".

Milli.Az