Şarl Mişel Çexiyaya səfər edəcək

12 Yanvar 2022 08:40

Avropa Şurasının prezidenti Şarl Mişel sabah Çexiyaya səfər edəcək. Səfər çərçivəsində o, Praqada respublikanın baş naziri Petr Fiala ilə danışıqlar aparacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkə hökumətinin mətbuat xidməti bildirib.

"Çexiyanın Baş naziri Petr Fiala cümə axşamı, yanvarın 13-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişeli qəbul edəcək. Danışıqların əsas mövzusu Çexiyanın Avropa İttifaqı Şurasında qarşıdakı [bu ilin iyulun 1-dən yarım aylıq] sədrliyinə hazırlıq olacaq", - deyə qeyd olunub.

P.Fiala və Ş.Mişel Avropa Şurasının qarşıdan gələn iclası, eləcə də Avropa üçün digər aktual məsələlər - enerji qiymətləri, hüquq dövləti, miqrasiya və Aİ ticarət siyasəti haqqında danışacaqlar.

Milli.Az