Türkiyədə zəlzələ baş verib

12 Yanvar 2022 08:35

Türkiyənin Elazığ vilayətində 4,0 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə fövqəladə halların qarşısının alınması və idarə olunması idarəsi (AFAD) bildirib.

Məlumata əsasən, yeraltı təkanlar yerli vaxtla saat 00:34-də Palu rayonunda qeydə alınıb.

Zəlzələnin ocağı 14,21 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və ya xəsarət alanlar barədə məlumat verilməyib.

Milli.Az