KXDR hipersəs raketini uğurla sınaqdan keçirib

12 Yanvar 2022 08:30

KXDR hipersəs raketinin uğurlu sınaqlarını keçirib.

Trend-in məlumatına görə, bu barədə "Yonhap" agentlyii Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən bildirib.

Məlumata əsasən, sınaqlar KXDR lideri Kim Çen Inın iştirakı ilə keçirilib. Raket 1000 km uçaraq hədəfi dəqiq vurub.

Bildirilib ki, sınaqlar "hazırlanan hipersəs silah sisteminin texniki xarakteristikalarının yekun yoxlanılmasına" yönəlib.

Milli.Az