Gədəbəy rayonunda ev yanıb

12 Yanvar 2022 08:20

Gədəbəy rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun Köhnəkənd kəndində ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m², ikinci mərtəbəsinin arakəsmə divarları taxta konstruksiyalardan ibarət) olan ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az