Bakıda evdə yanğın olub

12 Yanvar 2022 08:03

Bakı şəhərinin Səbail rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 40 m² olan birmərtəbəli evin 1 otağında yataq dəsti və taxta tullantıları 10 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az