KTMT Qazaxıstan üçün plan hazırlayır

11 Yanvar 2022 22:57

Qazaxıstana gələn Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlıları mühafizə olunan obyektlərin ölkənin hüquq-mühafizə orqanlarına təhvil verilməsi üçün plan hazırlayır.

Milli.Az modern.az-a istinadən bildirir ki, bu barədə KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin komandanı Andrey Serdyukov məlumat verib.

Onun sözlərinə görə, son sutka ərzində hərbçilər Qazaxıstanda beş sosial əhəmiyyətli obyekti nəzarətə götürüblər.

Serdyukov qeyd edib ki, tapşırıqları yerinə yetirdikdən sonra sülhməramlılar texnika ilə birlikdə Rusiya Aerokosmik Qüvvələrinin təyyarələri ilə daimi dislokasiya məntəqələrinə qayıdacaqlar.

Milli.Az