Braziliyalı hücumçu Bundesliqa klubundan “Qəbələ”yə keçdi

11 Yanvar 2022 22:54

Avstriya Bundesliqasında çıxış edən "Admira Mödlinq" klubunun futbolçusu Patrik (tam adı Patrik Robson de Souza Montero) Azərbaycan Premyer Liqasında top qovacaq.

Milli.Az oxu.az-a istinadən bildirir ki, 23 yaşlı braziliyalı hücumçu "Qəbələ"də icarə əsasında oynayacaq.

Qeyd edək ki, o, azad agent kimi Avstriya klubuna keçib və komandanın heyətində 8 oyun keçirərək bir qola və bir məhsuldar ötürməyə imza atıb.

Milli.Az