Kəlbəcərdə şəhid olan hərbi qulluqçunun FOTOsu

11 Yanvar 2022 17:26

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan Nəzərov Ayaz Azər oğlu Tovuz rayon Bozalqanlı kəndindəndir. O, Tovuz rayonunda dəfn olunacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, 24 yaşlı Ayaz Nəzərov ailənin 2-ci oğludur. Ondan böyük bir qardaşı var. O, subay olub. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər A.Nəzərov Tovuz rayonunda dəfn olunacaq.

Allah rəhmət eləsin!

Milli.Az