"Google" xəritələrində şəhərlərimizin erməni dilində adları tam silinə bilər

11 Yanvar 2022 16:16

"Google" xəritələrində Azərbaycan şəhər və kəndlərinin erməni dilində adları tam silinə bilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) publik hüquqi şəxsin İdarə heyətinin sədri Saməddin Əsədov deyib.

Onun sözlərinə görə, bununla bağlı olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "Google" şirkəti ilə müvafiq xəritələrdə toponimlərin dəyişdirilməsi məqsədilə əməkdaşlıq edir.

"Bu əməkdaşlıq çərçivəsində artıq bir sıra toponimlərin adı Azərbaycan dilinə dəyişdirilib. Kibertəhlükəsizlik mərkəzi də "Google"la daimi təmasdadır. "Google" xəritələrinə baxsaq, artıq adların Azərbaycan dilində əks olunduğunu görə bilərik. Bu, əməkdaşlığımızın nəticəsidir. İstisna olunmur ki, gələcəkdə xəritədə erməni dilində olan digər adlar da silinəcək. Bunun üçün şirkəti inandırmaq lazımdır. Bu, artıq əməkdaşlığın siyasi tərəfidir", - deyə o bildirib.

Milli.Az