İlqar Məmmədov Ədalət Vəliyevlə nəyi müzakirə edib?

11 Yanvar 2022 16:22

REAL Partiyasının sədri İlqar Məmmədov bu gün Prezident Administrasiyasının Siyasi partiyalarla və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə fikirlərini sosial şəbəkə hesabında paylaşan partiya sədri bildirib ki, görüş zamanı siyasi dialoqun indiyə qədər verdiyi müsbət nəticələri bir daha qeyd edilib:

"Prosesin bundan sonrakı strategiyasına dair geniş söhbət etdik. Əməkdaşlığımızın gələcəkdəki mümkün formalarına və istiqamətlərinə ilkin baxışlarımızı bölüşdük. Ölkə gündəmində olan bir sıra məsələlərə də toxunduq. O cümlədən, "Media haqqında" qəbul olunmuş yeni qanun, QHT qanunvericiliyə əlavə və dəyişikliklər haqqında, REAL partiyasının Milli Məclisə təqdim etdiyi paket, "Siyasi partiyalar haqqında" yeni qanunun qəbulu perspektivləri, əlavə və təkrar parlament seçkilərinin keçirilməsi məsələlərinə də toxunduq".

Milli.Az