Məmməd Salmanov təltif edildi - SƏRƏNCAM

11 Yanvar 2022 15:51

Prezident İlham Əliyev Məmməd Salmanovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Azərbaycan Respublikasında elmin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Məmməd Əhəd oğlu Salmanov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.

Milli.Az