Tokayev Qazaxıstanın yeni hökumətinin tərkibini təsdiqlədi

11 Yanvar 2022 15:50

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yeni hökumətin tərkibini təsdiqləyib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, K.Tokayev bu barədə müvafiq sərəncam imzalayıb.

Yeni hökumətdə baş nazirin birinci müavini vəzifəsinə Roman Sklyar təyin olunub. Baş nazirin müavinləri isə Yeralı Tuqjanov, Muxtar Tleuberdı və Baxıt Sultanov olacaq.

Xarici işlər naziri, müdafiə naziri və daxili işlər naziri öz vəzifələrində qalıb.

Bolat Akçulakov energetika naziri vəzifəsində Maqzum Mirzaqaliyevi əvəz edib.

Milli.Az