Nadir Hacı Nuranı "ələ saldı": "Hələ ölmək istəmirəm" - FOTO

11 Yanvar 2022 19:48

Müğənni Nadir Qafarzadənin paylaşımı maraqla qarşılanıb.

Milli.Az sherg.az-a istinadən xəbər verir ki, o xeyriyyəçi Hacı Nuran Hüseynovla  birlikdə çəkdirdiyi fotosunu bölüşüb.

"İnstagram" səhifəsində izləyiciləri ilə paylaşdığı fotoya müğənni bu sözləri qeyd edib:

"Hacı Nuranla! Amma hələ ölmək istəmirəm".

Qeyd edək ki,  bir müddətdir Hacı Nuranla şəkil çəkən sənət adamlarının dünyasını dəyişməsi müşahidə olunub.

Milli.Az