Ukrayna Rusiyaya müharibə "sürprizi" edəcək? - Kiyevdən ŞƏRH - ÖZƏL

11 Yanvar 2022 14:56

Ukraynanın şərqindəki Donetsk və Luqansk bölgələrindəki separatçı rejimlərin "dövlət müstəqilliyi"nin rəsmən tanınması ilə bağlı Rusiyanın Dövlət Dumasında qərar layihəsi hazırlanması əks cəbhədə də diqqətlə izlənilir.

Ukrayna Siyasi Elmlər Akademiyasının üzvü, professor Petro Mironenko  Milli.Az-a açıqlamasında Rusiyanın separatçıların "müstəqilliyini" tanıyacacağı təqdirdə rəsmi Kiyevin ən doğru olanı edəcəyini bildirib:

"Ukrayna üçün bu ərazilər Rusiyanın ideologiyası və 600 mindən çox vətəndaşa Rusiya pasportunun verilməsi səbəbindən xərçəng şişinə çevrilib. Nə qədər ki, bu ərazilər uzun müddət bufer zonası qalacaq, həmin yerlər kompleks məsələ kimi Ukraynanı çox narahat edəcək. 

Rusiya separatçıların "müstəqilliyini" tanıyarsa, belə bir şey baş verərsə, Ukraynanın hansı addımları atacığını indidən demək biraz çətindir. Çox güman ki, belə bir qərar veriləndən sonra Ukrayna höküməti ən düzgün olan addımı atacaq. Lakin rəsmi Moskva belə bir qərar verərsə, Ukrayna cəbhəsində müharibə məsələsinin gündəmə gəlməsi ehtimalı yoxdur".

Təhməz Əsədov
Milli.Az