Narkotik çəkib "Niva" sürən şəxs saxlanıldı - VİDEO

11 Yanvar 2022 20:06

Narkotik çəkib "Niva" sürən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən Mulux kənd sakini Tural Cəfərovun idarə etdiyi "Niva" markalı avtomobil nəzarət qaydasında saxlanılıb. Sürücünün hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçirilib və müayinənin də nəticəsinə əsasən onun narkotik vasitə olan marixuana qəbul etdiyi məlum olub.

Narkotikin təsiri altında sükan arxasında əyləşib, avtomobil sürməklə digər hərəkət iştirakçıları üçün də təhlükə yaradan T.Cəfərov barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Milli.Az