Məşhur cütlük mənzilini 29 milyona satdı - FOTO

12 Yanvar 2022 06:44

Dünyaca məşhur müğənni Castin Timberleyk göydələnin sonuncu mərtəbəsində yerləşən mənzilini satıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  ifaçının evi Nyu-Yorkda ulduzların yaşadığı məşhur səmtlərdən birində yerləşir. O, 29 milyon dollar müqabilində mənzilin açarlarını yeni sahibinə verib.

500 kvadratmetrlik evdə 4 yataq, 4 böyük və iki kiçik vanna otağı, özəl lifti var. Binada əsas girişi ilə yanaşı, məşhur sakinlərinin paparassilərdən gizlədilməsinə imkan verən özəl giriş də mövcuddur.

Qeyd edək ki, sözügedən mənzili Castin aktrisa həyat yoldaşı Cessika Billə 2017-ci ildə 20,2 milyon dollara alıb.

Milli.Az